İnternet klubda qan töküldü


19:07     29 İyun 2017 bicaq23.jpg

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, hadisə ötən gün gecə Ucar şəhərinin mərkəzi küçəsində yerləşən internet klubda baş verib. Ucar rayon sakini, 1976-cı il təvəllüdlü Teymur Məhərrəm oğlu Məmmədov bıçaq xəsarəti ilə Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır olduğunu deyirlər.

Hadisəni törədən Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Rasim Sahib oğlu Cəbrayılov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 965