Tapança satan şəxs polislər tərəfindən tutuldu


19:48     29 İyun 2017 4-47.jpg

Bakıda tapança satan şəxs polislər tərəfindən saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 7-ci Polis Bölməsinə (PB) əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Sadıx Sadıxovun odlu silah satmaq istədiyi barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Sadıxov Binəqədi rayonu ərazisində bir ədəd Belçika istehsalı olan "Browings Patent" markalı odlu silahı satmaq istəyən zaman saxlanılıb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl tapdığını və həmin vaxtdan bəri üzərində gəzdirdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 624