Əfqan Muxtarlının şikayəti təmin edilməyib
20:41 29 İyun 2017
Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb.
Femida.az-ın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Bir müddət əvvəl Nəsimi rayon Məhkəməsində onun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Şikayət həmin qərardan verilib.
Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Femida.az
Oxunub: 874
Oxşar xəbərlər
- Əfqanıstanda 16 terrorçu məhv edilib
- Əfqanıstandakı hərbçilərimizin sayı artırıla bilər - RƏSMİ
- Əfqanıstanda 30 terrorçu öldürülüb
- Əfqanıstan prezidenti Azərbaycana gəlib
- Əfqanıstan prezidenti Bakıya gələcək
- Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
- Əfqanıstanda 8 Taliban terrorçusu öldürülüb
- Əfqanıstan prezidenti Bakıya gələcək
- Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yoluna maraq göstərir
- Əfqanıstanlı nazirlər Azərbaycana gələcək