İdmançı qızın ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı


21:05     29 İyun 2017 idmanci261.jpg

Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.


Femida.az xəbər verir ki, faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.

Xatırladaq ki, iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü R.Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

R.Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1564