Tanışını baltalayan şəxsə 14 il həbs istənildi


21:21     29 İyun 2017 1444642007_mehkeme-2.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, R. Quliyevin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.

O, R. Quliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Qeyd edək ki, ötən ilin fevralın 8-də saat Sumqayıt şəhəri, Corat qəsəbəsində Rüfət Quliyevin yaşadığı evə gələn tanışı Ramiz Hətəmovla aralarında söyüş üstündə mübahisə yaranıb. Rüfət Quliyev balta ilə Ramiz Hətəmovun başına zərbələr endirib. Ramiz Hətəmov hadisə yerində ölüb. Cinayəti törədən Rüfət Quliyev könüllü olaraq polisə təslim olub.

Araşdırmalar zamanı məlum olub ki, hər iki təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıblar. Onlar 3 saylı Cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkiblər.


Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 803