Tramp Prezident İlham Əliyevi təbrik edib
21:29 29 İyun 2017
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar bütün dünya müsəlmanları kimi müqəddəs Ramazan ayında dürüstlük və xeyirxahlıq əməllərinə önəm verirlər. Burada, Amerika Birləşmiş Ştatlarında müsəlmanlar Ramazan bayramını ailələri və dostları ilə birlikdə qeyd edir, qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər.
Bu bayramı birlikdə qeyd etməyimiz bizə bir daha mərhəmət, şəfqət və xoş niyyətin vacibliyini xatırladır. Bu bayram münasibətilə Amerika Birləşmiş Ştatları həmin dəyərlərə Azərbaycan ilə birgə sadiqliyini bir daha vurğulayır.
Bir daha Sizin və Azərbaycan xalqının mübarək bayramını təbrik edirəm.
Ramazan bayramınız mübarək olsun".
Femida.az
Oxunub: 826
Oxşar xəbərlər
- Trampın ən məşhur binası yanır
- Trampı heyrətləndirən Reyhana vəzifə verildi
- Tramp İran xalqına kömək vəd etdi
- Trampın qızını məhkəməyə verdilər
- Tramp Putinə zəng edib
- Tramp CNN-i boykot etməyə çağırıb
- Trampla Ərdoğan telefonda danışacaq
- Tramp Kim Çen In haqda: `Onun dostu olmağa çalışıram`
- Tramp və Putin bir-birinin əlini sıxıblar
- Tramp Çindən 244 milyardla qayıdır