2 gün sonra hərbi xidmətə gedəcəkdi kanalda boğuldu
21:43 29 İyun 2017
Ağsu rayonunda gənc oğlan su kanalında çimərkən boğulub.
Hadisə Yuxarı Şirvan kanalının Ağsunun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir şəhərinin İsmət Qayıbov küçəsindəki 6 saylı mənzildə yaşayan 1995-ci il təvəllüdlü Əhmədov Firudin Vasif oğlu bibisi və əmisi oğlanları ilə birgə Yuxarı Şirvan kanalının kənarında yemək yeyəndən sonra suda çimməyə başlayıblar. Firudin Əhmədov üzməyi yaxşı bacarmadığı üçün suyun sürətlə axan yerində ehtiyatsızlıq səbəbindən boğulub. Qohumları onun suda batmasından gec xəbər tutub və köməksiz vəziyyətdə qalan 22 yaşlı F. Əhmədov dünyasını dəyişib.
Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Kürdəmir rayon Polis Şöbəsinin kadrlar şöbəsinin baş inspektoru, mayor Vasif Əhmədovun oğlu olan Firudin Əhmədov bu il Qafqaz Universitetini bitirib və iyulun 1-də hərbi xidmətə yola düşəcəkmiş. Hadisə onun hərbi xidmətə yola salınması münasibətilə yaşadığı evdə keçirilən mərasimdən sonra baş verib.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(APA)
Femida.az
Oxunub: 879
Oxşar xəbərlər
- 23 yaşlı oğlan özünü asdı
- 207 min tondan çox pambıq yığılıb
- 20 nəfərin xəsarət aldığı qəza törədən avtobus sürücüsü tutulub
- 28 yaşlı qadın dəm qazından zəhərləndi
- 2 güləşçimiz Hindistan klubları ilə müqavilə bağlayıb
- 2017-ci ildə Səhiyyə Nazirliyinə 23 mindən çox müraciət daxil olub
- 2018-ci il hansı bürclərə uğur gətirəcək? - PROQNOZ
- 2018-ci ildə profilaktika işləri artırılacaq - Efirdə
- 2018-ci il üçün dolların orta məzənnəsi bu qədər olacaq
- 2018-ci ilin ilk günü yer üzündə bu qədər insan olacaq