Əfqanıstanda daşqınlar 17 can aldı


13:28     18 İyul 2017 691837.jpg

Əfqanıstanın Kabil əyalətində yağan leysan yağışlar daşqınlara səbəb olub.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 17 nəfər ölüb.

Daşqınlar yerli sakinlərin evləri və əkin sahələrinə ciddi ziyan vurub. Daşqınlar nəticəsində 10-dan çox evin dağıldığı bildirilir. Əfqanıstan hökuməti zərərçəkənlərə maddi yardım ayırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 943