Ruhaninin qardaşı azad edildi - Pul girovu müqabilində


14:25     18 İyul 2017 ruhani103.jpg

İran prezidenti Həsən Ruhaninin qardaşı Husseyn Fereydun pul girovu müqabilində azad edilib.


Femida.az -ın məlumatına görə, o, bazar günü maliyyə cinayətlərində ittiham olunuraq həbs edilmişdi.

Ötən gün isə səhhətində yaranan problemlə əlaqədar onun xəstəxanaya köçürüldüyü bildirilmişdi.

Bazar ertəsi axşam saatlarında isə məhkəmə prezidentin qardaşının pul girovu müqabilində azad edilməsi barədə qərar qəbul edib.

Femida.az

Açar sözlər:

Oxunub: 969