• Ana səhifə / Manşet

Xəbər lenti

Kimə cinayətkar demək olar? – HÜQUQİ ŞƏRH


Tarix 18.07.17, 10:31


“Hər hansı bir cinayətin törədilməsində təqsirləndirilən, yaxud barəsində hər hansı bir formada cinayət təqibinə başlanılmış şəxsin dərhal cinayətkar adlandırılması həmin şəxsin hüquqlarını pozan və qanunla qadağan edilən hərəkətdir”.


Bunu Femida.az-a açıqlamasında vəkil Sadiq Əfəndiyev deyib.

Vəkil bildirib ki, bu qadağa mütərəqqi insan hüquqları konsepsiyasında yer almış “təqsirsizlik prezumpsiyası”ndan qaynaqlanır:

“Azərbaycan Respublikasının Konsttusiyası ilə (63-cü maddə) hər kəsin malik olduğu “Təqsirsizlik prezumpsiyası” hüququnun mahiyyəti ondan ibarətdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir kəs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz saylır”.



Sadiq Əfəndiyevin sözlərinə görə, cinayət prosesinin gedişində cinayəti törətmiş şəxsə müxtəlif prosessual statuslar verilə bilər:

“Məsələn, ibtidai istintaq zamanı o, şübhəli və ya təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilə bilər. Lakin şəxsin hər hansı bir cinayəti törətməsinə şübhələrin mövcud olması yaxud əldə edilmiş ilkin sübutlarla onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismindən cəlb edilməsi hələ həmin şəxsin cinayətkar adlandırılması üçün əsas verə bilməz. Çünki cinayətkar o şəxs sayıla bilər ki, onun təqsiri yalnız məhkəmə hökmü ilə təsdiq edilsin. Hətta şəxsin təqsirli bilinməsi barədə məhkəmə hökmünün çıxarılması belə şəxsin dərhal təqsirli, yaxud cinayətkar hesab edilməsi üçün yetərli deyildir. Təqsirsizlik prezumsiyasına görə həmin hökmün qanunla müəyyən olunmuş müddətdə qüvvəyə minməsi tələb olunur. Hazırda qüvvədə olan cinayət prosessual qanunvericiliynə görə, birinci instansiya məhkəməsinin hökmü yuxarı məhkəməyə şikayət verilmədiyi halda elan olduqduqdan 20 gün müddətində, apellyasiya məhkəməsinin hökmü, yaxud digər yekun qərarı dərhal qüvvəyə minir. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan hər hansı şəxsi cinayətkar adlandırmaqdan hər kəs çəkinməli, zəruri olduqda həmin şəxsin barəsində onun cinayət-prosessual statusuna uyğun olaraq “ filan cinayəti törətməkdə şübhəli yaxud təqsirli bilinən” kimi ifadələrdən istifadə edilməlidir”.

Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 4018









Cəmiyyət
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img