ABŞ Ukraynaya öldürücü silahlar verəcək


00:54     19 İyul 2017 picc5b03a5361f7619be8f8808095b8af08jpg.jpeg

Ukraynaya letal (öldürücü) müdafiə silahlarının verilməsi barədə qərar Vaşinqtonda bir neçə ay ərzində qəbul oluna bilər.


Femida.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargah İdarəsinin sədr müavini, general Pol Selva bildirib.

“Bu müzakirələr davam etdirilir. Düşünürəm ki, bu sualı bir neçə ay ərzində cavablandıracağıq”,- deyə general söyləyib.

P. Selva həmçinin vurğulayıb ki, söhbət tank və hücum silahları deyil, öldürücü silahlardan gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 743