Tbilisidə `Qarabağ` azarkeşlərinə hücum ediblər


01:04     19 İyul 2017 443f642a-7e2d-4d4d-8caf-b8824239bb96.jpg

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində az sonra başlayacaq “Samtredia” – “Qarabağ” matçından öncə azarkeşlər arasında qalmaqal yaşanıb.


Xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.

Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Qalmaqal əsnasında əlbəyaxa dava düşüb. Gürcü azarkeşlər Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.

Qeyd edək ki, matç saat bu gün saat 21:00-da başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1126