Suriyalı qaçqınların düşərgəsində PARTLAYIŞ


15:16     19 İyul 2017 564779.jpg

İordaniya-Suriya sərhədində suriyalı qaçqınların məskunlaşdığı Rakban düşərgəsində partlayış baş verib.


Femida.az xəbər verir ki, hadisə nəticəsində bir ailədən 2-si uşaq olmaqla 3 nəfər həlak olub, eləcə də 2-si azyaşlı olmaqla 3 nəfər yaralanıb.

Həmin ailənin yaşadığı çadırda partlayışın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Qeyd edək ki, Rakban düşərgəsində hazırda 85 min suriyalı qaçqın yaşayır.

Femida.az

Açar sözlər:

Oxunub: 696