Çavuşoğlundan Ermənistana tələb: `Atəşi dayandırın`


17:52     19 İyul 2017 2016-01-21-cavusoglu-suudi-koalisyonunda-muharip-guc-olusmayacak.jpg

"Biz həmişə Azərbaycanı dəstəkləməyə hazırıq və ATƏT-in Minsk Qrupundan səylərin artırılmasını tələb edirik"


Bu barədə Bakıda keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Füzuli rayonunun Alıxanlı kəndində iki yaşlı Zəhranın və onun nənəsinin ermənilərin açdığı atəş nəticəsində həlak olduğu 4 iyul hadisəsini şərh edən Çavuşoğlu ölənlərin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığı verib.

"Ermənistan tərəfindən atəşin dayandırılmasını tələb edirik və Azərbaycanın işğal olunmuş torpaqlarından qoşunların çıxarılmasının zəruriliyini bir daha təsdiq edirik", - Türkiyə XİN rəhbəri deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 3855