`Münasibətləri genişləndirmək niyyətindəyik` - Türkmənistan XİN rəhbəri


18:23     19 İyul 2017 turkmenistan%20xin.jpg

“Biz iqtisadi, siyasi və energetika sahələrində münasibətləri genişləndirmək niyyətindəyik”.


Femida.az-ın məlumatına görə, bunu Türkmənistan xarici işlər naziri Rəşid Meredov Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər Türkmənistanda keçiriləcək sammitlə bağlı hazırlıq işlərini müzakirə edib. Nazir bildirib ki, bu il ölkələr diplomatik münasibətlərin 25 illiyini qeyd edir və onlar bu münasibətlərin inkişaf etdirilməsində israrlıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 529


Oxşar xəbərlər