Bakıda bir nəfər güllələnib


13:05     20 İyul 2017 gullelenme5.jpg

Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi baş verib.


Bakıxanov qəsəbəsinin Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açılıb. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb və 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə yerinə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.

Yaralını xəstəxanaya Post Patrul Xidmətinin əməkdaşları çatdırıblar. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 875