Azyaşlının vurduğu zərəri kim ödəməlidir?


14:10     20 İyul 2017 cinayetkar%20usaq.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

14 yaşına çatmamış uşağın vurduğu maddi ziyana görə kim məsuliyyət daşıyır?

On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu (vurduğu ziyan) nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.

Əgər azyaşlı təhsil, tərbiyə, müalicə müəssisəsinin və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır.

14-18 yaşında olan uşaq vurduğu maddi ziyana görə özü müstəqil məsuliyyət daşıyır. Əgər uşağın ziyanı ödəmək imkanının olmadığı sübuta yetirilərsə, ziyanın ödənilməsi valideynin üzərinə qoyula bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1759