“Qarabağ” - “Şerif”: Biletlər satışa çıxır


16:08     20 İyul 2017 qarabag.png

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.


Azarkeşlər iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 5 manat, VİP sektoruna isə 50 manatdir.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək "Qarabağ" – “Şerif" matçı saat 21:00-da başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1442