Piyada yol qəzasının qurbanı oldu


16:55     20 İyul 2017 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1).jpg

Sumqayıtda maşın yoldan keçən şəxsi vurub.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da saat 18 radələrində Sumqayıt şəhərinin Yeni Bulvar ərazisində şəhər sakini Kənan Cabbarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Sərhəddin Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 849