Azərbaycan-Pakistan əməkdaşlığı dərinləşir


18:00     20 İyul 2017 15005401133329025814_1000x669.jpg

Pakistan İslam Respublikasının nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 20-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş qərargahında görüş keçirilib.


ANAMA-dan Femida.az-a bildiriblər ki, Agentliyin direktoru Qəzənfər Əhmədov Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri, general-leytenant Omar Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi ölkələrdə aparılan humanitar minatəmizləmə sahəsində ikitərəfli əlaqələrin qurulması və qarşılıqlı təcrübə mübadiləsi üzrə danışıqlar olub.

Nümayəndə heyətinə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, indiyədək xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər, mina təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım layihələri, eləcə də ANAMA-nın qısa və uzunmüddətli strategiyası barədə geniş məlumat verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1020


Oxşar xəbərlər