Nazir səfiri qəbul etdi


18:49     20 İyul 2017 mammadyarov_qebul_200717__(1).jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.



XİN-dən Femida.az -a verilən məlumata görə, səfir Z.Saidov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir E.Məmmədyarov səfir Z.Saidova gələcək fəaliyyətində uğurlar arzu edib.

Femida.az

Açar sözlər:

Oxunub: 647