`Lapşinin ekstradisiyası ilə bağlı danışıqlar gedir` – Ombudsman


19:49     20 İyul 2017 20217068_1569528933080943_401079329_n_1500551181.jpg

Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Aleksandr Lapşinin ekstradisiyasını tələb edə bilər. Bununla bağlı danışıqlar gedir.


“RİA Novosti”nin yaydığı xəbərə görə, bunu Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova bəyan edib.

“Mənə məlum olduğu qədər bu istiqamətdə iş, danışıqlar aparılır”, - deyə rusiyalı ombudsman jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakıda məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilən Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşinin mümkün ekstradisiyası Kremlin mövzusu deyil.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1652