Gürcüstanda üç azərbaycanlı ailə evsiz qaldı - FOTOLAR


19:52     20 İyul 2017 qaracala1.jpg

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracala kəndində üç ev yanıb.


Femida.az Apa-ya istinadən xəbər verir ki, yanğın evlərin birində elektrik xətlərdə qısa qapanma səbəbindən baş verib və qısa müddət ərzində qonşuluqda olan digər iki evə yayılıb.

Xəsarət alan olmasa da, yanğın nəticəsində üç ev yararsız hala düşüb. Üç çoxuşaqlı ailə evsiz qalıb. 19 nəfər hazırda qohumlarının evində məskunlaşıb.



Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib ki, o, hadisə ilə bağlı Telavi rayon rəhbərliyi ilə əlaqə saxlayıb. “Rayon rəhbərliyindən bildirilib ki, evlər bərpa olunanadək zərərçəkən şəxslərə kirayə ev tutmaları üçün köməklik göstəriləcək”, - deyə o qeyd edib.

Ə. Babayev həmin ailələrə yardım göstərilməsi üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı biznesmenlərə müraciət edildiyini bildirib.



Femida.az

Açar sözlər:

Oxunub: 889