Qazaxda üç maşın toqquşub: Ər-arvad xəsarət alıb


20:26     20 İyul 2017 qeza%20yeni8.jpg

Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəzası baş verib.


Qazax şəhərində “QAZ-24”, “VAZ-21099” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “QAZ-24” də olan 1965-ci il təvəllüdlü Alıyev Rafiq və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Vəliyeva Xatirə müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Kişinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 662