`Azərbaycanın problemi Türkiyənin problemidir` – Səfir


21:15     20 İyul 2017 turkiyeli%20sefir%20erkan%20ozoral.jpg

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyədə səfərdə olan bir qrup jurnalistlə görüşüb.


Femida.az-ın məlumatına görə, E. Özoral səfərlə bağlı media nümayəndələrinin təəssüratları ilə maraqlanıb.

Jurnalistlər səfər proqramından razılıqlarını ifadə ediblər. Türkiyənin Azərbaycandakı səfiri 2016-cı ilin iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı deyil, xalqa, cümhuriyyətə qarşı yönəldiyini qeyd edib.

E. Özoral Azərbaycanın gücünün Türkiyənin gücü, Türkiyənin gücünün Azərbaycanın gücü olduğunu vurğulayıb: “Azərbaycan daim Türkiyəyə dəstək verib. Azərbaycanın da problemi Türkiyənin problemidir”.

Səfir sonda jurnalistlərlə xatirə şəkli çəkdirib

Qeyd edək ki, 11-17 iyulda 2016-cı ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən bir il ötməsi münasibətilə bir qrup Azərbaycan KİV təmsilçisi də daxil olmaqla, 350-yə yaxın xarici media nümayəndəsi Türkiyə Baş Nazirliyinin Mətbuat İdarəsinin dəvəti ilə qardaş ölkədə səfərdə olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1536