Azərbaycanın “İnterpol”la axtardığı şəxs tutuldu
00:21 21 İyul 2017
Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxaq axtarışa verdiyi şəxs Rusiyada tutulub.
Femida.az report-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Teymur Məmmədov Samara şəhərində adam oğurluğu cinayətinə görə saxlanılıb.
Hazırda onun Azərbaycana ekstradisiya olunması üçün iş aparılır.
Qeyd edək ki, T.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələr ilə ittiham olunur. 1985-ci il təvəllüdlü T.Məmmədov Bakı şəhərində anadan olub.
Oxunub: 620
Oxşar xəbərlər
- Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti dəyişdi
- Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı tutulub
- Azərbaycanın sülhməramlılarla bağlı məhdudiyyəti götürülür
- Azərbaycanın tanınmış alimi vəfat edib
- Azərbaycanın meyvə-tərəvəz ixracının coğrafiyası genişləndirilə bilər
- Azərbaycanın qaz ixracından gəliri 35% artıb
- Azərbaycanın axtardığı qadın Rusiyada tutuldu
- Azərbaycanın Minsk Qrupundan əsas gözləntiləri
- Azərbaycanın şahmat millisi Avropa Çempionu oldu
- Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlanacaq