İran səfirinə 48 saat vaxt verildi
00:59 21 İyul 2017
Küveytin hakimiyyət orqanları İran səfirinə ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.
Bu barədə Reuters agentliyi İran mediasına istinadla məlumat yayıb. Bir qədər əvvəl isə KİV-lərdə belə bir informasiya yayılmışdı ki, Küveyt hökuməti İranın ölkədəki mədəniyyət missiyasının işini və onunla əlaqəli nümayəndəliklərin fəaliyyətini dayandırmağı qərara alıb. Nazirlik bununla bağlı İran səfirini məlumatlandırıb və səfirlikdə işləyən diplomatların sayını azaltmağı tələb edib. Sky News Arabia telekanalının məlumatına görə, Küveyt hakimiyyəti 15 İran diplomatının ölkəni tərk etməsi, hərbi attaşe və mədəniyyət attaşesi aparatlarının bağlanması barədə qərar qəbul edib. Bununla yanaşı, Küveyt İranla bütün hökumətlərarası komitələrin də işini dayandırır.
Həmin tədbirlər Küveyt məhkəməsinin “al-Abdali” qruplaşması özəyinin üzvləri ilə danışıqlarından sonra görülüb. İttihamda təsdiqlənib ki, yaraqlılar İranda “Hezbollah” qruplaşmasının rəhbərliyi altında təlimlər keçiblər.
Bu arada Mehr agentliyi baş verənlərlə əlaqədar Küveytin müvəqqəti işlər vəkilinin İran Xarici işlər Nazirliyinə çağırıldığını xəbər verib. (AzərTAc)
Oxunub: 734
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranın sabiq prezidenti həbs edildi - İddia
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İran kəşfiyyatı: Terrorçu qruplaşma darmadağın edilib
- İran ABŞ-dan BMT-yə şikayət etdi
- İranda onlarla azərbaycanlı həbs edildi
- İran yenə silkələndi
- İranı silkələyən hadisə: Etirazlarda 15 min nəfər iştirak edib