`Mübarizə dırnaqarası vətənsevərlərdən xeyli şikayətim var` - Gülnar İlqarqızı yazır


21:44     24 İyul 2017 20289960_1313671525397089_1458312644_n2.jpg

"Bayraqları bayraq edən üstündəki qandır,torpaq,əgər uğrunda ölən varsa vətəndir".


Son günlər bayrağımızın hara gəldi asılması məni təngə gətirdi.Ona görə də bu yazını yazmağı özümə borc bildim. Ulu Öndər Heydər Əliyevin bir sözü düşdü yadıma: "Bu həyatda vicdanla,vicdansızlığı hər kəs özü seçir." Düşündüm ki,əgər yazmasam, vicdansızlığı boynuma götürmüş olacam. Və yazdım.

"Ah bayraqsızlar,bayraqsızlar.Yerə düşsə bayraq sızlar.Nərədən bilsin dəyərini soysuz-soysuz bayraqsızlar". Ey mənim anlı-şanlı,şəhid qanlı,torpaq qoxulu bayrağım,sənə arzum odur ki,bəzilərinin reklam xarakterli çəkdirdiyi şəkillərdən, palatka toylarının pərdələrindən, maşınların bellərindən,içlərindən, çöllərindən, tabutların üstlərindən qurtul, başı dumanlı Şuşa, Kəlbəcər dağlarında,Laçın yaylaqlarında dalğalan. Dalğalan ki,uğrunda canından keçənlər rahat uyusun.Övünmək kimi olacaqsa olsun o dünyanın ən müqəddəs bayrağıdır.Təəssüflər olsun ki, son zamanlar bayrağımız da bəzilərinin reklam şüarına çevrilib. Biri telefonu verir ki,al şəklimi çək qoyacam facebooka,o birisi selfi edir,digəri maşını üçün qeyrət simvolu. Ay balam,gərək maşının içindəki qeyrətli olsun,çölündəki yox.Öz aləmlərində "cəsur oğullardı",bilirlər ki,buna görə onlara çoxlu,elə bayrağımız kimi qırmızı ürəkli "like"lar gələcək,səhifələr paylacaq ki, "bəh-bəh oguldeee bayrağı öpür,qəhrəmandı."

Oğul ona deyərlər ki,gündə on dəfə öz evində bayrağı çörəkərək öpüb qoysun gözünün üstünə şəkilsiz filansız. Bax ona yediyi çörək də halal olar,ona deyərlər ürəksən.Amma bütün bunlar vallah ürəyimizi bulandırdı.Bilirsiniz nəyə bənzəyir?Elə bil "vətən sevgilərini"kiməsə sırımağa çalışırlar.Bəsdirin.Özünüzə gəlin,adama gəlməyin.Camaat ağzı ilə qulağının yerini yaxşı tanıyır.Heç kim çörəyi qulağına yemir.Yaxşı bilinir jurnalist də olsa,hərbiçi də olsa,həkim də,müəllim də kim vətənpərvərdir,kim yox.Vətənpərvərlik abstrakt bir amildir:gözə görünməz,ifadə olunmaz,pulnan alınmaz.O insanla doğulur,insanla ölür.Amma insanlıq öləndə vətənpərvərlik də ondan qabaq ölür.Sinəyə döyüb "vətənpərvərəm" deməklə olmur.Vətəni qoruyan vətən keşiyində dayanar,facebookun postunda yox.

Facebooku Mark illərdir ki,çox gözəl qoruyur bizə nə ehtiyac. Biz gəlin öncə özümüzü qoruyaq.Aydındır,özünüzə hörmətiniz yoxdur,amma bayrağa hörmət etməyə məcbursunuz.Bayrağı haradan gəldi asmağa sizə kim ixtiyar verir?

Bu bayraq böyük türk oğlu Bəxtiyar Vahabzadənin bayrağıdır hansıkı yazırdı:bayraq mənliyimdir,bayraq kimliyim. Bayraq öz yurduma öz hakimliyim.Bu bayrağda Bəxtiyarın türklüyü var,Mübarizlərin qanı var,Fəridlərin şəhadət təri var,hər şey bir qırağa dövlətin qanunu var,konstitusiyası var.(Maddə9:Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi ya da xüsusi tutqaclara bərkidilərək dəstək üzərində qaldırılmalıdır.Maddə 10:Azərbaycan Respublikasının dövlət bayrağı heç bir yerə örtük kimi sərilə bilməz.)Bütün bunlar qanunvericilikdə var.Amma yaxşı kı,bu gün nə Bəxtiyar Vahabzadə var,nə də Mübariz İbrahimov.Əminəm ki,hər ikisi bayraqlarının bu cür istifadə olunmasını görmək istəməzdilər.Mən Mübariz haqda sənədli film işləyəndə onun 10-12 şəkilindən başqa şəkil tapa bilmədim.Bəs siz onu daha öncə tanıyırdınız?Əlbəttə,yox.Heç mən də tanımırdım.Deməyin,o vaxtı facebook yox idi.Mübariz Nuh əyyamının qəhrəmanı deyilki,əsrimizin qəhrəmanıdır.2010-cu il iyunun 19-da şəhadətə qovuşub.Cəmi yeddi ildir.Lakin o döyüşə getməmişdən nə bayraqlı şəkillər çəkdirib paylaşmışdır,nə də başqa bir şey,sakitcə getmişdir.Hətta bir şey deyim sizə mən Biləsuvarda olanda atası Agakərim kişidən bir neçə şəkilini istədim filmə görə.Dedi,qızım,o,çox şəkil çəkdirməzdi olanların da çoxusunu yox edib,yəqin istəməyib çox danışılsın.Bax ona görə o,Mübariz oldu,dırnaqarası qəhrəman,təsadüfi hərbiçi yox.Ona görə o gələndə onu Silahlı Qüvvələrin Ali Baş komandanı,cənab İlham Əliyev şəxsən özü qarşıladı,xalqla birgə son mənzilə yola saldı.Ya da götürək Bəxtiyar Vahabzadəni nə biləydi şair ki,kimlik adlandırdığı bayrağını kimliksizlər necə gəldi harasa asacaqlar.Əminəm ki,əgər sağ olsaydı onlar ücün də bir şeir yazıb xoruzların verərdi qoltuqlarına.Yəqin belə yazardı:hər kişi vətəni qoruya bilər,amma hər vətəni qoruyan bayraq qədri bilə bilməz.Yox yaxşı kì,heç sağ deyil və bu günü görmür,mən isə şairi o dünyada görməyi çox arzulayardım, ona ediləsi şikayətim var,elə Mübarizə də bir xeyli şikayətim var bu dırnaqarası vətənsevərlərdən. Ancaq hələki bu günü görürəm,mənim kimi siz də görürsünüz.Bəs niyə agzınıza su almısınız?Düşünürsünüz ki,su aydınlıqdır.Bəs bayrağımıza edilən bu hörmətsizlik necə bizi aydın bir sabaha çıxardacaq mı?Axı bayraq şəxsi əşya deyil.Dövlətindir,xalqındır.Əziz dostlar,dəyərli jurnalistlər,həmkarlar bir sözlə bu bayrağın gerçək sevdalıları,gəlin belərinə qarşı birgə mübarizə aparaq elə Mübarizin eşqinə.Bir sözlə,bayraq ucadır.Lütfən,alçaqlar toxunmasın.

Gülnar İlqarqızı
Femida.az üçün

Açar sözlər:

Oxunub: 7353