Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi


20:13     01 Avqust 2017 20562057_1428808983862898_1193799700_n2.jpg

Azərbaycan vətəndaşı bu günlərdə atdığı addımı ilə gündəm yaradıb. Sumqayıt şəhər sakini Qalib Namazov Kambocada yerli əhali üçün su çəkdirib. O, Femida.az -a açıqlamasında məqsədinə aydınlıq gətirib:


“Atam keçən ay vəfat etdi. Onun 40 mərasimini vermədim. Fikirləşdim ki, bu əlavə xərcdir. Onun əvəzinə Kambocada yaşayan müsəlmanlara su çəkdirdim. Orada 1 milyon 500 min kasıb müsəlman yaşayır. Onlar yağış suyunu yığır və 1 il o suyu içirlər. Artezian qazmağa imkanları yoxdur.

Orada yaşayan və xeyriyyəçiliklə məşğul olan dostum Göksəl Uzunla danışdım. Ona 250 dollar göndərdim ki, əhali üçün bulaq açdırsın. Üzərində isə vəfat etmiş atamın adı qeyd edilsin.Hər dəfə o bulaqdan istifadə edən insanlar atama rəhmət oxuyar. Bu mənə bəs edər.”

Qalib Namazov qeyd edib ki, o, bu addımı ilə hər kəsə nümunə olmaq istəyir.

Kambocada açılan bulağın fotolarını təqdim edirik:



(Kambocaya su çəkdirən şəxs Qalib namazov)







Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 24472