TANAP-da işlər hansı mərhələdədir?


00:46     05 Avqust 2017 31710_tanap.jpg

“2018-ci il iyunun sonunda Əskişəhirdə yerləşən təsisatdan milli şəbəkəyə ilk qazı verəcəyik. 2019-cu ilin iyunundan isə qazımızı Avropaya nəql etməyə başlayacağıq. Bunun üçün gecə-gündüz çalışırıq”.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsinin Keyfiyyət, sağlamlıq, təhlükəsizlik, sosial və ətraf mühit üzrə direktoru Fatih Ərdəm deyib.

F.Ərdəm bildirib ki, TANAP-ın ümumi dəyəri 10 mlrd. ABŞ dolları civarındadır: “Bu layihəni reallaşdırarkən adi insanların və işçilərin səhhəti, sağlamlığı, təhlükəsizliyi, ekoloji və ictimai dəyərlər nəzərə alınır”.


Femida.az

Açar sözlər:

Oxunub: 1214