Şeyxə Özbəkistandan təbrik məktubu


21:44     09 Avqust 2017 qmi.jpg

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin (APA) sədri, şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb.


QMİ-dən Femida.az-a verilən məlumata görə, Özbəkistan prezidenti məktubunda ad günü münasibətilə ona unvanladığı təbriklə əlaqədar QMİ sədrinə minnətdarlığını ifadə edib, millətlərarası dialoqun, dinlərarası əlaqələrin, tolerantlığın inkişafına, dünyada İslam dininin maarifçi ideyalarının təbliğ edilməsinə öz böyük şəxsi töhfəsini vermiş Allahşükür Paşazadəyə böyük qiymət verdiyini vurğulayıb.

Eyni zamanda, o, QMİ sədrinin Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafında səylərini yüksək qiymətləndirib, ötən iyul ayının ilk yarısında Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Dini İşlər üzrə Komitəsinin və Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin rəhbərlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb: “Əminəm ki, birgə səylərimizlə qarşılıqlı maraqlarımıza xidmət edən üzünmüddətli tərəfdaşlığımız getdikcə inkişaf edəcək, Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 1100