Masallı dağlarında yanğın başlayıb


19:43     10 Avqust 2017 meshede-yangin.jpg

Masallı dağlarında yanğın başlayıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində saat 10:50-də yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 851