• Ana səhifə / Manşet

Xəbər lenti

Qətnamə hansı müddət ərzində tərəflərə təqdim edilməlidir?


Tarix 11.08.17, 11:02


“Qanunvericiliyə əsasən, qətnamə elan edilənədək tərtib edilməlidir, hazır olmalıdır”


Bunu Femida.az-a açıqlamasında vəkil Asif Abdullayev deyib.

Asif Abdullayev bildirib ki, müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır:

“Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan edir. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir”.

Vəkil onu da əlavə etdi ki, qətnamə elan edildikdən sonra ən geci 13 günə işdə iştirak edən şəxslərə rəsmən təqdim edilməlidir.

Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 1063









Cəmiyyət
img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img