• Ana səhifə / Manşet

Xəbər lenti

Dünyadakı azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı - ADLAR


Tarix 11.08.17, 14:50


Hazırda dünyada 17 azərbaycanlı “qanuni oğru” var.


Bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb.

Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır.

“Zaur Naxçivanski”, “Tolik Noqinski”, “Albert Piterski”, “Rüfət Gəncinski”, “Emin Hacıqabulski”, “İlqar Bakinski” Rusiyada həbsxanadadırlar. “Lotu Quli” isə Azərbaycanda cəza çəkir.

İki nəfər “Rəşad Gəncinski” və “Yusif Şamxorski” Rusiya, “Rafət Əlibayramlinski” isə Azərbaycan tərəfindən axtarışa verilib.

“Yunus Yasamalski”, “Namiq Bakinski” (“Lotu Quli”nin qardaşı), “Hacı Beyləqanski”, “Ceyhun Gəncinski”, “Vaqif Diplomat”, “Arif Sumqaitski”, “Dato (Cavid) Ağcabədinski” isə azadlıqdadır.

Azərbaycanlı “qanuni oğru”ların arasında ən yaşlıları “Yunus Yasamalski” və “Arif Sumqaitski”dir. Onların hər ikisinin 56 yaşı var.

Ən gənc “qanuni oğru”lar isə “Dato Ağcabədinski” və “Zaur Naxçivanski”dir. Onlar 1985-ci il təvəllüdlüdürlər. (Lent.az)

Femida.az

Xəbərin oxunma sayı : 12823









Hüquq-mühafizə
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img