• Ana səhifə / Manşet

Xəbər lenti

Azərbaycan avtomobil idxalını 55% artırıb


Tarix 11.08.17, 17:22


2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana ümumilikdə 4 468 ədəd avtomobil idxal olunub.


Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistik məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 1589 ədəd avtomobil və ya 55,19% artıb.

Ölkəyə gətirilən avtomobillərin 111 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 791 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 519 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 47 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Femida.az

Xəbərin oxunma sayı : 511









img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img