Hindistan 40 min müsəlmanı ölkədən çıxarmaq niyyətindədir


01:44     12 Avqust 2017 1502457571.jpg

Hindistan on minlərlə Rohindja müsəlmanını ölkədən çıxarmaq istəyir.


Hökumətin fikrinə görə, onlar ölkədə qanunsuz yaşayırlar. Hindistan Daxili İşlər Nazirliyinin rəsmisi K.S. Dxatvalianın sözlərinə əsasən, Hindistan hazırda Banqladeş və Myanmarla 40 min Rohidjalını deportasiya etmək barədə danışıqlar aparır.

“Hazırki məsələ Banqladeş və Myanmarla diplomatik səviyyədə müzakirə edilir. Biz bu məsələyə lazımı vaxtda aydınlıq gətirəcəyik”, -deyə Hindistan DİN rəsmisi bildirib. Hindistan hökuməti bəyan edir ki, hazırda ölkədə yaşayan 14 min Rohinjalı BMT-də qaçqın kimi qeydiyyatdan keçib. Hindistanda yaşayan digər rohindjalılar isə qanundan kənardı və deportasiya edilməlidir.

BMT-nim qaçqınlar üzrə baş komisarının Hindistan nümayəndəsi isə öz növbəsində qeyd edib ki, rohindjalıların deportsiya edilməsi planına “Fakt axtarmağa cəhd edir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1080