Xəstəxanaya çatdırılsa da...


02:00     12 Avqust 2017 tecili%20yardim3.jpg

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.


Hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınlb.

Məlumata görə, yolu keçmək istəyən Qızılhacılı kənd sakini, 1960-cı il təvəllüdlü Həsənova Afərin Xəlil qızı "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 3686