Sabirabadda 6 otaqlı ev yandı


14:07     12 Avqust 2017 e933d2e976yangin_sivil_sinai.jpg

Sabirabadda yanğın qeydə alınıb.


Femida.az FHN-ə istinadən xəbər verir ki, Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 808