İranda daşqınlar: 12 nəfər ölüb (VİDEO)


16:00     12 Avqust 2017 aaa-1421.jpg

İranın şimal-şərqində, 2 əyalətdə aramsız yağışların ardına güclü daşqınlar baş verib.


Femida.az xəbər verir ki, daşqınlar Xorasan və Gülüstan əyalətlərində ümumilikdə 12 nəfərin həyatına son qoyub.

Bəzi İran KİV-ləri isə daşqınlar nəticəsində ölənlərin sayının daha çox, eləcə də itkin düşənlərin olması barədə məlumat yayıblar.

Qeyd edək ki, aprel ayında İranın şimal-qərbində daşqınlar nəticəsində 36 adam ölmüşdü.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1215