Yük maşını traktorla toqquşub - Ölən var


16:29     12 Avqust 2017 Traktor_crash.jpg

Bərdədə yük maşını traktorla toqquşub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 11-də saat 13.00 radələrində Bərdə rayonu ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi “Shacman” markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi “MTZ-80” markalı traktoru vurub.

Nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 893