• Ana səhifə / Manşet

Xəbər lenti

Türkiyədə 3 İŞİD-çi tutulub


Tarix 12.08.17, 20:06


Türkiyədə İŞİD terror qruplaşmasının tapşırığı ilə qətllər törətməkdə şübhəli bilinən 3 şəxs həbs edilib.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polis əməliyyatları eyni zamanda Şanlıurfa, Qaziantep və Malatya əyalətlərində keçirilib. Əməliyyat iyulda Şanlıurfada Suriya vətəndaşının qətli ilə bağlı aparılan araşdırma çərçivəsində keçirilib.

Məlumata görə, saxlanılan şəxslərdə qətldə istifadə olunan silah aşkarlanıb.

İstintaqın versiyasına əsasən, Suriyanın Rəqqa şəhərindən Türkiyəyə gələn terrorçular İŞİD-ə qarşı mübarizədə iştirak edən şəxslərə hücumlar planlaşdırırmışlar.

Femida.az

Xəbərin oxunma sayı : 265









Dünya
img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img