• Ana səhifə / Manşet

Xəbər lenti

Toyda kütləvi dava - Ata və iki oğlu döyüldü


Tarix 12.08.17, 22:07


Daşkəsəndə toyda kütləvi dava düşüb.


Hadisə Daşkəsən şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, toy mərasimi zamanı bir neçə qonaq arasında mübahisə yaranıb. Daha sonra bu şəxslər əlbəyaxa olublar. Bu zaman rayon sakinləri - Mübariz Məmmədov və onun iki övladı, Telman və Mahir Məmmədovlar döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb və hər birinə həkimlər tərəfindən tibbi yardım göstərilib.

Məlumata görə, hadisəyə mübahisə edənlərdən birinin sərxoş halda qız tərəfinə söyüş söyməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Xəbərin oxunma sayı : 763









Cəmiyyət
img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img