• Ana səhifə / Manşet

Xəbər lenti

Azərbaycan və Rusiya hərbi əməkdaşlığı genişləndirir


Tarix 12.08.17, 23:19


Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.


`RİA Novosti`nin verdiyi xəbərə görə, bunu Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

"Bizdə hərbi sahədə çox istiqamətlərdə əməkdaşlıq inkişaf edir - hərbi-texniki əməkdaşlıq sahəsində, hərbi təhsil, birgə təlimlər və məşğuliyyətlər sahəsində. Mən hesab edirəm ki, bizdə böyük perspektivlər var, gələcəkdə biz bu əməkdaşlığı inkişaf etdirəcəyik", - deyə Azərbaycanın müdafiə naziri bildirib.

Z.Həsənov bildirib ki, Azərbaycandan xeyli zabit və kursant Rusiyanın hərbi təhsil müəssisələrində təhsil alır, Azərbaycan ordusunun arsenalında xeyli Rusiya istehsalı olan texnika var.

Nazir Beynəlxalq Ordu Oyunlarının təşkilini yüksək qiymətləndirərək, dörd ölkənin Hərbi-Hava Qüvvələrinin iştirak etdiyi “Xəzər Kuboku”nun Azərbaycanda keçirildiyini xatırladıb.

Femida.az

Xəbərin oxunma sayı : 1027











img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img