Türkiyədə ağır qəza: 8 ölü, 15 yaralı


00:02     15 Avqust 2017 10.PNG

Türkiyənin Ağrı vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ağrı şəhərinə doğru hərəkətdə olan yük maşınının üzərindəki ekskovator avtomobil yoluna düşüb. Nəticədə arxadan yüksək sürətlə gələn mikroavtobus ekskovatora çırpılıb. Qəzada mikroavtobusdakı sərnişinlərdən 8 nəfəri ölüb, 15-i yaralanıb.

Yaralılardan 4-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 846