"Qarabağ"dan möhtəşəm qələbə - YENİLƏNDİ


02:00     16 Avqust 2017 qarabag_1502812998.jpg

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.


Femida.az xəbər verir ki, Azərbaycanın futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında Danimarkanın “Kopenhagen” komandasını qəbul edir.

Görüş saat 20:00-da başlayıb.

***

Ağdam təmsilçisi oyunda hesabı açıb. Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla "Qarabağ" hesabda önə çıxıb.

Bununla da doğa meydanda 1:0 qələbə qazanan "Qarabağ" Kopenhagenə üstün yollanacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 794