İranda daha 3 nəfər edam edildi


02:13     16 Avqust 2017 edam.jpeg

İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında, eləcə də qətldə günahlandırılan daha 3 nəfər edam edilib.


Edamlar bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddə qaçaqmalçılığında təqsirli bilinən Həmzə Rəhimpur və Abbas Suqi avqustun 8-i sübh saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib.

Qəsdən adam öldürmədə günahlandırılan və 5 ildir həbsdə saxlanılan 38 yaşlı Tohid Həqmuradi avqustun 10-da Şimali Xorasan əyalətinin Şirvan şəhərinin həbsxanasında dar ağacından asılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 742