Prezidentlər Nyu Yorkda görüşəcəkmi? - Həmsədrdən açıqlama


13:42     16 Avqust 2017 gorusprezidentler.jpg

“Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər”.


Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. "Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər" , - deyə o, bildirib.

R. Hoqland prezidentlərin BMT Baş Assambleyası çərçivəsində görüşünün planlaşdırılması barədə məlumatı olmadığını söyləyib. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 909