Nazirlik bələdiyyə sədrini cərimələdi
13:54 16 Avqust 2017
Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə şikayət daxil olub.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, şikayət ETSN-nin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.
Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Saray bələdiyyəsinin sədri Natiq Tahirov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilən qanun pozuntusunun aradan qaldırlması üçün cavabdeh şəxsə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Femida.az
Oxunub: 862
Oxşar xəbərlər
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazirlik əhaliyə müraciət etdi
- Nazirlik cəbhə ilə bağlı məlumat yaydı
- Nazirlik reyd keçirdi - Cərimələnənlər var
- Nazirlik əməkdaşının məhkəməsi başlayıb
- Nazirlik vətəndaşlara müraciət etdi
- Nazirlik vətəndaşın iddiasını əsassız adlandırdı
- Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Nazirlik uşaq intiharlarının səbəblərini açıqlayıb
- Nazirlik 42800 manat cərimə yazdı