Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı


15:01     16 Avqust 2017 1498495472_1.jpg

Avropa İnsan Hüquqları Məhkəməsinin hökmü ilə Ermənistan höküməti vətəndaşa 3600 avro dəyərində vəsait ödəyəcək.


Femida.az xəbər verir ki, bu barədə qərar hökümətin 17 avqust iclasının gündəliyinə daxil edilib.

Məhkəmənin "Dnqikyan Ermənistana qarşı" işi üzrə 2017-ci ilin yanvarın 15-də verdiyi hökmə əsasən, Ermənistan şikayətçiyə qərar qüvvəyə mindikdən sonra üç ay ərzində qeyd edilən məbləği ödəməlidir.

İş üzrə AİHM-in hökmü ilə müəyyən edilən kompensasiya məbləğinin ödənilməsi üçün son tarix 2017-ci il sentyabrın 15-i göstərilir.

Femida.az

Açar sözlər:

Oxunub: 738