Ərdoğan İrana gedəcək


15:34     16 Avqust 2017 erdogan%20azerbaycana%20gelir.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda İrana səfər edəcək.


Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı İbrahim Rəhimpur bildirib.

Tehranda Türkiyə xarici işlər nazirinin müavini Ümit Yalçınla görüşdə İranlı diplomat iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollar səviyyəsinə çatdırılması üçün bir çox sferalarda əməkdaşlığın zəruriliyini vurğulayıb.

Ümit Yalçın isə bildirib ki, İran və Türkiyə arasındakı əlaqələrin yaxşı istiqamətdə irəliləməsi üçün qarşılıqlı görüşlərin artırılması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.

Femida.az

Açar sözlər:

Oxunub: 1433